Bakı. Anaxanım Hidayətova - Trend:
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp tanınmış çinli iş adamı, “Alibaba Group” şirkətinin təsisçisi Cek Ma ilə birlikdə ölkəsinin vətəndaşları üçün 1 milyona yaxın yeni iş yeri yaradacaq.
Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzeti xəbər verir.
Tərəflər "Trump Tower" binasında baş tutan görüş zamanı “Alibaba Group” şirkətində yeni iş yerlərinin yaradılması, eləcə də ABŞ-ın kiçik biznesinin Çin və Asiya marketləri ilə ticarət həcminin artırılması yollarını müzakirə ediblər.
Yeni seçilmiş Prezident görüşü yüksək dəyərləndirib.