...

Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

Dünya xəbərləri Materials 5 Mart 2017 23:46 (UTC +04:00)
Müasir transplantalogiya banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib
Tarixdə ilk qaraciyər köçürülməsi əməliyyatını yerinə yetirən həkim vəfat edib

Bakı. Trend:

Müasir transplantalogiya banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib.

Trend-in məlumatına görə, cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti