...

İran zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım ayırıb

Dünya xəbərləri Materials 15 Noyabr 2017 20:22 (UTC +04:00)
İran hökuməti ölkənin qərbində baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 70 milyon dollara yaxın vəsaitin ayrılması ilə bağlı qərar qəbul edib.
İran zəlzələdən zərər çəkənlərə 70 milyon dollar yardım ayırıb

Bakı. Trend:

İran hökuməti ölkənin qərbində baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım məqsədilə 70 milyon dollara yaxın vəsaitin ayrılması ilə bağlı qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə prezident Həsən Ruhaninin mətbuat xidməti bildirib.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb. 40 minə yaxın ev dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti