...

Kaliforniyada meşə yanğınları səbəbindən yenidən insanların təxliyəsi başlayıb

Dünya xəbərləri Materials 11 Dekabr 2017 04:14 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən iki yaşayış sahəsi təxliyə edilir
Kaliforniyada meşə yanğınları səbəbindən yenidən insanların təxliyəsi başlayıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən iki yaşayış sahəsi təxliyə edilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təxliyə Los-Anclesdən 160 kilometr şimal-qərbdə yerləşən Karpinteriya və Montesito yaşayış sahələrində aparılacaq. Bu yaşayış sahələrinə 578,6 kvadrat kilometr əhatə edən "Tomas" yanğını yaxınlaşır. Yanğın artıq 754 tikilini məhv edib, 162 tikiliyə zərər verib. 15 min tikili və bina yanğın təhlükəsi altındadır.

"Tomas" yanğının başlamasına və yayılmasına səbəb "Santa Ana" adlı güclü külək olub. Küləyin sürəti saniyədə 22,4 metr təşkil edir və bir neçə saat ərzində saniyədə 24,6 metrə qədər çatacaq.

Hazırda Kaliforniyada 98 min insan öz evlərinə qayıda bilmir. Daha əvvəl 212 min insanın təxliyə olunduğu bildirilirdi. Yanğınların söndürülməsində 9 min yanğınsöndürən iştirak edir.

Xəbər lenti

Xəbər lenti