...

Braziliyada avtomobil piyadaların üzərinə sürülüb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 19 Yanvar 2018 04:19 (UTC +04:00)
Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb
Braziliyada avtomobil piyadaların üzərinə sürülüb, çox sayda yaralı var

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İnsident yerli vaxtla saat 20:30-da baş verib. İlkin məlumata əsasən, avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda saxlanılıb və bildirib ki, epilepsiyadan əziyyət çəkir.

Xəbər lenti

Xəbər lenti