...

Malayziyada yeni dil aşkar olunub

Dünya xəbərləri Materials 7 Fevral 2018 16:14 (UTC +04:00)
Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib
Malayziyada yeni dil aşkar olunub

Bakı. Trend:

Malayziyanın şimalında yerləşən kəndlərin birində dilçilər indiyə qədər məlum olmayan danışıq dili aşkar edib.

Trend-in məlumatına görə, Kelantan ştatının Sunqay Rual kəndinin sakinlərini müşahidə edən alimlər onların ətraf bölgələrdən fərqlənən dildə danışdığını müəyyənləşdirib.

Qeyd olunur ki, bu dildə yalnız kəndin 300-ə yaxın sakini danışır. Həyata keçirilən müşahidələr nəticəsində məlum olub ki, bu dildə “almaq” və “satmaq” anlayışları, eləcə də xüsusi mülkiyyət, məhkəmələr, cinayətlər kimi anlayışlar mövcud deyil.

Qeyd edək ki, statistikaya əsasən dünyada 7 minə yaxın dil mövcuddur ki, bunlardan yalnız 6 faizi geniş yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti