...

Nigeriyada bazara hücum - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 17 Fevral 2018 11:29 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində bazara hücum olub.
Nigeriyada bazara hücum - Ölən və yaralananlar var

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində bazara hücum olub.

Trend-in məlumatına görə, Borno ştatında baş vermiş hücumu 3 intiharçı terrorçu həyata keçirib.

Məlumata görə, hücum nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmasa da, yerli polis terrorçuların “Boko Haram” qruplaşmasına mənsub olduqlarını ehtimal edir.

Xəbər lenti

Xəbər lenti