...

Rusiya Müdafiə Nazirliyi: Qəzaya uğramış "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub

Dünya xəbərləri Materials 6 Mart 2018 23:21 (UTC +04:00)
Suriyanın Hmeymim aeroportu yaxınlığında qəzaya uğramış Rusiyanın "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub
Rusiya Müdafiə Nazirliyi: Qəzaya uğramış "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub

Bakı. Trend:

Suriyanın Hmeymim aeroportu yaxınlığında qəzaya uğramış Rusiyanın "An-26" təyyarəsində 39 hərbi qulluqçu olub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildiriblər.

Medafiə Nazirliyindən bildiriblər ki, təyyarədə 6 heyyət üzvü və 33 sərnişin olub. Onların hamısı hərbi qulluqçu olub.

Nazirliyin komissiyası hadisənin bütün mümkün səbəblərini araşdırır. Həlak olanların ailə üzvlərinə və yaxınlarına bütün mümkün və zəruri yardım və dəstək göstəriləcək.

Xəbər lenti

Xəbər lenti