...

Aeroportlarda yeni qadağalar - Yerdə otumaq olmaz, musiqiyə isə...

Dünya xəbərləri Materials 27 Aprel 2018 12:45 (UTC +04:00)
Moskva vilayət duması hava limanlarında davranış qaydaları ilə bağlı yeni regional məcəllə qəbul edib.
Aeroportlarda yeni qadağalar - Yerdə otumaq olmaz, musiqiyə isə...

Bakı. Trend:

Moskva vilayət duması hava limanlarında davranış qaydaları ilə bağlı yeni regional məcəllə qəbul edib.

Trend-in məlumatına görə, yeni qaydalara əsasən Moskva vilayətinin Domodedovo, Şeremetyevo və Jukovski aeroportlarında zibilləmə, keçidlərdə maneə yaratma, eskalatordan istifadə qaydalarının pozulması, eləcə də qulaqcıqsız musiqiyə qulaq asmağa görə cərimələr tətbiq olunur.

Bundan başqa, oturacaq, kreslo və skamyalarda uzanmaq, yerdə oturmaq və baqajı oturacaqlara qoymaq da qayda pozuntusu hesab olunacaq.

Yeni qaydalara əsasən, hava limanı ərazisində heyvanların üzərində, velosiped, skuter və digər nəqliyyat vasitələrində hərəkət etmək qadağan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti