...

Almaniyada avtobus təcili yardım maşını ilə toqquşub: 46 yaralı

Dünya xəbərləri Materials 1 İyul 2018 14:03 (UTC +04:00)
Almaniyanın Şlezviq-Qolşteyn federal torpağında uşaqları daşıyan avtobus təcili yardım maşını ilə toqquşub
Almaniyada avtobus təcili yardım maşını ilə toqquşub: 46 yaralı

Bakı. Trend:

Almaniyanın Şlezviq-Qolşteyn federal torpağında uşaqları daşıyan avtobus təcili yardım maşını ilə toqquşub.

Trend-in məlumatına görə, insident şənbə günü axşam saatlarında baş verib. Toqquşma nəticəsində 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Avtobus minik avtomobil ilə toqquşmamaq üçün qarşı hərəkət zolağına çıxıb və təcili yardım maşınına çırpılıb. Avtobusda 10-15 yaş arası 42 uşaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti