...

NATO ölkələri İranı BAEA ilə əməkdaşlığı davam etdirməyə çağırıblar

Dünya xəbərləri Materials 12 İyul 2018 04:17 (UTC +04:00)
NATO ölkələri sammitin yekun kommünikesində İranın nüvə proqramı ilə bağlı ümumi formullar barədə razılığa gəliblər
NATO ölkələri İranı BAEA ilə əməkdaşlığı davam etdirməyə çağırıblar

Bakı. Trend:

NATO ölkələri sammitin yekun kommünikesində İranın nüvə proqramı ilə bağlı ümumi formullar barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, kommünikedə NATO ölkələrinin Tehrana BAEA ilə tam formada əməkdaşlığı davam etdirmək çağırışı yer alır.

Kommünikedə bildirilir: "Biz İranın nüvə proqramının sülh xarakteri daşımasını onun beynəlxalq öhdəliklərinə uyğun olaraq (heç vaxt nüvə silahı hazırlamağa və ya almağa çalışmamaq) davam etdirməsini daimi əsasda təmin etmək niyyətindəyik. Biz İran üçün BAEA ilə tam formada və vaxtında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti