...

Tramp, Consonun əla baş nazir ola biləcəyinə inanır

Dünya xəbərləri Materials 13 İyul 2018 03:57 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Britaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Boris Consonun Birləşmiş Krallığın əla baş naziri ola biləcəyinə inanır.
Tramp, Consonun əla baş nazir ola biləcəyinə inanır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Britaniya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Boris Consonun Birləşmiş Krallığın əla baş naziri ola biləcəyinə inanır. Bu haqda Tramp ötən gün nəşr olunan “The Sun” qəzetinə verdiyi müsahibədə söyləyib.

"Mənim Borisə böyük hörmətim var. Əminəm ki, onunda məndən xoşu gəlir, ona görə ki, O, mənim haqqımda gözəl şeylər deyir", - bu haqda Böyük Britaniyada işgüzar səfərdə olan Tramp bildirib.

Consonun yaxşı hökmət rəhbəri ola biləcəyi haqqında suala, Tramp söylədi: “Mən onları üz üzə qoymaq istəməzdim (baş nazir Tereza Meyi nəzərdə tutur). Mən sadəcə deyirəm ki, Boris çox yaxşı baş nazir ola bilər".

Xatırladaq ki, Boris Conson, iyulun 9-da Breksit məsələsində baş nazir Tereza Meylə olan fikir ayrılığı səbəbindən Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsindən istefa verib. Conson bu məsələyə dair hazırkı hökumət strategiyasının Brüsselə hədsiz dərəcədə güzəştlərin təmin etdiyini fikirləşirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti