...

"Taliban"ın növbəti hücumu - 15 nəfəri öldürdü

Dünya xəbərləri Materials 17 Sentyabr 2018 14:10 (UTC +04:00)
Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlıları bir neçə əyalətdə təhlükəsizlik qüvvələrinə hücum edib
"Taliban"ın növbəti hücumu - 15 nəfəri öldürdü

Bakı. Trend:

Əfqanıstanda “Taliban” radikal hərəkatının silahlıları bir neçə əyalətdə təhlükəsizlik qüvvələrinə hücum edib.

Trend-in məlumatına görə, hücumlar nəticəsində azı 15 polis əməkdaşı həlak olub.

Ölkənin şimal-qərbindəki Badqis əyalətində “Taliban” polis postuna hücum edib. Baş verən atışma zamanı 5 polis həlak olub. Bir neçə “Taliban” silahlısının da zərərsizləşdirildiyi deyilir.

Bundan başqa, Fərəh əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum olub. Burada 10 polis əməkdaşı həlak olub, daha iki nəfər itkin düşüb. Hücum edənlər silah-sursat ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti