...

Nebenzya: Rusiya, Türkiyə və İran İdlib üzrə danışıqları davam etdirəcəklər

Dünya xəbərləri Materials 19 Sentyabr 2018 03:16 (UTC +04:00)
Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir
Nebenzya: Rusiya, Türkiyə və İran İdlib üzrə danışıqları davam etdirəcəklər

Bakı. Trend:

Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

V.Nebenzya deyib: "Rusiya İdlib ətrafında vəziyyətin danışıqlar yolu ilə nizamlanması, mülki əhaliyə zərər dəyməməsi üçün digər Astana prosesinin qarant-ölkələri ilə birlikdə böyük səylər göstərib və göstərməyə davam edəcək ".

Daimi nümayəndə əlavə edib ki, optimal həllin tapılması üzrə işlər davam etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-si Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 oktyabr üçün İdlib əyalətində demilitarizasiya zonası yaratmaq barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti