...

Tramp: ABŞ və Çin arasında ticarət sazişi "tezliklə" imzalana bilər

Dünya xəbərləri Materials 15 Dekabr 2018 03:21 (UTC +04:00)
ABŞ Çinlə fikir ayrılıqlarına son qoymaq üçün tezliklə ticarət sazişi imzalaya bilər
Tramp: ABŞ və Çin arasında ticarət sazişi "tezliklə" imzalana bilər

Bakı. Trend:

ABŞ Çinlə fikir ayrılıqlarına son qoymaq üçün tezliklə ticarət sazişi imzalaya bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" hesabında yazıb.

D.Tamp bildirib: "Çin yenicə elan edib ki, onların iqtisadiyyatı bizimlə ticarət müharibəsi üzündən gözlənildiyindən daha zəif artır. Onlar [Amerika idxalına] qarşı rüsumların artırılmasını dondurub və ABŞ-ın işləri çox yaxşıdır".

ABŞ prezidenti qeyd edib ki, Çin əhəmiyyətli və hərtərəfli saziş imzalamaq istəyir: "Bu, ola bilər və çox tezliklə".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti