...

Təxminən 12 min miqrant hakimiyyətin köməyi ilə Venesuelaya qayıdıb

Dünya xəbərləri Materials 30 Dekabr 2018 07:56 (UTC +04:00)
Venesuela hakimiyyəti avqust ayının sonunda təxminən 12 min venesuelalı miqranta ölkəyə qayıtmaqda yardım edib
Təxminən 12 min miqrant hakimiyyətin köməyi ilə Venesuelaya qayıdıb

Bakı. Trend:

Venesuela hakimiyyəti avqust ayının sonunda təxminən 12 min venesuelalı miqranta ölkəyə qayıtmaqda yardım edib.

Trend-in məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa öz "Twitter" səhifəsində yazıb.

X.Arreasa bildirib: "Bu gün "Vətənə qayıdma" adlı xüsusi əməliyyat çərçivəsində üç reys Ekvadora və üç reys Peruya həyata keçirilir. Daha 600 nəfər bizim sevimli Venesuelada işləmək və mübarizə aparmaq üçün vətənə qayıdır. Biz 2018-ci ili 11,9 min geri qayıdmış qardaşlarımızla başa vururuq və 2019-cu ili ümidlə gözləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti