...

Ərdoğan: Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil

Dünya xəbərləri Materials 7 Mart 2019 01:13 (UTC +04:00)
Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil
Ərdoğan: Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil

Bakı. Trend:

Ankara S-400 sistemlərinin alınmasından imtina etmək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə "TV 360" və "24 TV" telekanallarına müsahibəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Biz S-400 üzrə işi başa çatdırmışıq, imtinadan söhbət belə gedə bilməz. Biz rusiyalılarla razılaşma imzalamışıq, biz birgə istehsala başlıyacağıq. Ola bilsin ki,S-400-dən sonra biz S-500 ilə məşğul olaq".

Suriyadakı vəziyyət barədə danışan Türkiyə prezidenti qeyd edib ki, bu ölkənin şimalında yaradılması planlaşdırılan təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir: "Çünki bu ərazidən bizə hər an hücum edə bilərlər".

Türkiyə prezidentinin sözlərinə görə, Ankara ABŞ ordusunun Suriyadan çıxarılması prosesini diqqətlə izləyir və hazırda bu istiqamətdə heç bir addım atılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti