...

Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb

Dünya xəbərləri Materials 13 Aprel 2019 06:25 (UTC +04:00)
Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb.
Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantlarla mübarizə aparmaq üçün ölkəsinin Meksika ilə sərhədinə əlavə hərbi kontingent göndərmək niyyətində olduğunu bildirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti öz planlarını jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Qanunsuz miqrasiya ilə mübarizə haqqında suala cavabında D.Tramp qeyd edib: "Biz sərhədə daha çox qoşun göndərəcəyik". Lakin o, əlavə kontingentin sayının nə qədər olduğunu açıqlamayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bildirib ki, Pentaqon cənub sərhədinə əlavə qüvvələrin göndərilməsi haqqında sorğu almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti