...

Madriddə səfirliklər yerləşən bina təxliyə olunur - Bomba həyəcanı

Dünya xəbərləri Materials 16 Aprel 2019 16:05 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddə bir sıra səfirliklərin yerləşdiyi göydələn təxliyə olunub
Madriddə səfirliklər yerləşən bina təxliyə olunur - Bomba həyəcanı

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə bir sıra səfirliklərin yerləşdiyi göydələn təxliyə edilib.

Trend-in məlumatına görə, buna səbəb binada partlayıcı qurğunun yerləşdirilməsi barədə anonim zəng olub.

Qeyd olunur ki, məlumatdan sonra təhlükəsizlik protokolu işə salınıb, əməkdaşlar binadan çıxarılıb.

235 metrlik göydələndə Böyük Britaniya, Kanada, Avstraliya və Niderland səfirlikləri yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti