...

Braziliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Oktyabr 2019 06:06 (UTC +04:00)
Braziliyanın şimalında qaz zavodunda partlayış baş verməsi nəticəsində dörd nəfər ölüb
Braziliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb

Bakı. Trend:

Braziliyanın şimalında qaz zavodunda partlayış baş verməsi nəticəsində dörd nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "G1" portalı bildirib.

Məlumata əsasən, saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə partlayış baş verib.

Bildirilir ki, balonların doldurulması ilə məşğul olan dörd nəfər həlak olub.

Partlayış nəticəsində müəssisənin iki işçisi də xəsarət alıb, onlar yüngül xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti