...

Kanada Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib

Dünya xəbərləri Materials 23 Mart 2020 10:22 (UTC +04:00)
Kanada 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan koronavirus pandemiyası səbəbilə imtina edib.
Kanada Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib

Bakı. Trend:

Kanada 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan koronavirus pandemiyası səbəbilə imtina edib.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Olimpiya və Paralimpiya Komitələrinin saytı bildirilir.

Məlumata əsasən, bu qərar çətinliklə qəbul edilib:

"Kanada Olimpiya Komitəsi və Kanada Paralimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsini, Beynəlxalq Paralimpiya Komitəsini və Ümumdünya Səhiyyə Təşkilatını təcili olaraq oyunların keçirilməsini bir il təxirə salmağa çağırır və biz bununlar bağlı bütün çətinliklərdə öz dəstəyimizi təklif edirik".

Qeyd edək ki, Tokioda keçiriləcək Yay Olimpiya Oyunların iyulun 24-dən avqustun 9-dən baş tutumalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti