Bakı. Trend:
Serbiya avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır və hər iki tərəfin konstruktiv fəaliyyətini yüksək qiymətləndirir.
Trend xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.
Bu uğurun əldə edilməsində ABŞ Prezidenti Donald Trampın çox mühüm rolu xüsusi vurğulanır.
“Birgə Bəyannamə Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlıq yolunda mühüm addımdır. Serbiya qarşılıqlı hörmət və beynəlxalq hüquq və qaydaya tam riayət əsasında bütün ölkələr arasında dinc dialoq, regional əlaqə və genişləndirilmiş əməkdaşlığın tərəfdarı olmaqda davam edəcək”, - deyə paylaşımda qeyd olunur.