...

"Sumqayıt" daha bir futbolçu keçidini reallaşdırıb

İdman Materials 10 Avqust 2025 06:01 (UTC +04:00)
"Sumqayıt" daha bir futbolçu keçidini reallaşdırıb

Bakı. Trend:

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu keçidini reallaşdırıb.

Trend xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, komanda son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçimiz Masaki Murata ilə 2 illik anlaşma imzalayıb. Murata "Sumqayıt" FK-nın heyətində "71" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti