Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 21 488 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 9 877 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 241 912 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 10 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 136 534 nəfər təşkil edir.