...

Meksikanın şimalında yüngül təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 28 Mart 2021 07:42 (UTC +04:00)
Meksikanın şimalında yüngül təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Meksikanın şimalında Sonora ştatında yüngül təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti region hökumətinə istinadən bildirib.

Məlumata əsasən, təyyarədə olan pilot da daxil olmaqla ən azı dörd nəfər həlak olub.

Üç sərnişin yaralanaraq xəstəxanalara yerləşdirilib. Onlardan ikisinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydikdən sonra qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti