...

Çexiya hökuməti istefa verib

Dünya xəbərləri Materials 11 Noyabr 2021 12:14 (UTC +04:00)
Çexiya hökuməti istefa verib

Bakı. Orxan Nəbiyev - Trend:

Çexiya baş naziri Andrey Babişin rəhbərlik etdiyi hökumət istefa verib.

Trend-in məlumatına görə, bu barədə baş nazir mətbuat konfransında elan edib.

A.Babiş bildirib ki, istefa ərizəsini ölkə prezidenti Miloş Zemana təqdim edib.

Yeni hökumətin formalaşmasınadək Andrey Babişini vəzifələrini icra edəcəyi gözlənilir.

Qeyd edək ki, A.Babişin rəhbərlik etdiyi "Narazı vətəndaşların aksiyası" hərəkatı oktyabrın əvvəlində keçirilmiş parlament seçkilərində məğlub olmuşdu. Yeni hökumətin formalaşdırılması Vətəndaş Demokratik Partiyasının rəhbəri Ptr Fialaya tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti