...

Yunanıstan Sahil Mühafizəsi Paros adası sahillərində 57 miqrantı xilas edib

Dünya xəbərləri Materials 25 Dekabr 2021 04:45 (UTC +04:00)
Yunanıstan Sahil Mühafizəsi Paros adası sahillərində 57 miqrantı xilas edib

Bakı. Trend:

Yunanıstan Sahil Mühafizəsi Paros adası yaxınlığında dənizdə 57 miqrantı xilas edib. Həlak olan 2 nəfərin cəsədi tapılıb, batmış yelkənli qayıqda olan daha 21 nəfərin axtarışı davam edir.

Trend-in məlumatına görə, bu barədə Afina Makedoniya Xəbər Agentliyi (AMNA) xəbər verib.

Məlumata əsasən, Sahil Mühafizəsinin axtarış-xilasetmə əməliyyatı Paros yaxınlığında yelkənli qayığın aşaraq batdığını bildirən miqrantların təcili yardım nömrəsinə zəng etdikdən sonra başlayıb.

Qayıqda 80-ə yaxın miqrant olub. Onların hamısı suya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti