...

"Türk Hava Yolları" yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək

Dünya xəbərləri Materials 11 Yanvar 2022 12:28 (UTC +04:00)
"Türk Hava Yolları" yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti yanvarın 13-dən Qazaxıstana uçuşları bərpa edəcək.

Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Bilal Ekşi "Twitter" səhifəsində yazıb.

"Yanvarın 13-dən Nur-Sultana, yanvarın 14-dən Aktauya, yanvarın 15-dən Türküstana uçuşlar başlayacaq" - deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nur-Sultan şəhərinə "Lufthansa" və "Türk Hava Yolları" istisna olmaqla digər aviaşirkətlərin uçuşları bərpa etdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti