...

Orbanın rəhbərlik etdiyi FİDES partiyası Macarıstanda parlament seçkilərində qalib gəlib

Dünya xəbərləri Materials 4 Aprel 2022 02:01 (UTC +04:00)
Orbanın rəhbərlik etdiyi FİDES partiyası Macarıstanda parlament seçkilərində qalib gəlib

Bakı. Trend:

Macarıstanda ötən gün keçirilən parlament seçkilərində baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası qalib gəlib.

Trend-in məlumatına görə, FİDES nümayəndələri kiçik müttəfiqləri - Xristian Demokratlar ilə birlikdə ölkənin Dövlət Məclisində (birpalatalı parlament) hələ 199 yerdən 134-nə ümid edə bilərlər.

Hakim partiya parlamentdə üçdə iki konstitusiya çoxluğunu saxlaya biləcək. Seçkilər ərəfəsində əksər politoloqlar FİDES-in qələbəsini proqnozlaşdırsalar da, bunun bu qədər inandırıcı ola biləcəyini gözləmirdilər.

Seçki komissiyasının saytında dərc olunan hesablamalara görə, bülletenlərin 71 faizi hesablandıqdan sonra FİDES və Xristian-Demokrat Xalq Partiyası 55 faiz səs toplayıb. Onların əsas rəqibi olan altı müxalifət partiyasından ibarət koalisiyası 34 faiz səs toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti