...

Pekində yeni koronavirus ocağı aşkar edilib

Dünya xəbərləri Materials 11 İyun 2022 09:34 (UTC +04:00)
Pekində yeni koronavirus ocağı aşkar edilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çinin paytaxtı Pekində yeni koronavirusa yoluxma ocağı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Pekin Səhiyyə komitəsi bildirib.

Qeyd olunur ki, son sutka ərzində 61 nəfərdə yoluxma aşkar olunub ki, həmin şəxslərin eyni əyləncə məkanında olduğu müəyyən edilib.

Yoluxanların 25 nəfəri xəstəliyi simptomsuz keçirir.

Yoluxma halları ilə əlaqədar paytaxtın Çaoyan rayonunun rəhbərliyi karantin tədbirlərini sərtləşdirib, bəzi hissələrdə qapanma elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti