...

Lavrov Blinkenə İstanbuldakı razılaşmaların təfərrüatları barədə məlumat verib

Dünya xəbərləri Materials 29 İyul 2022 23:44 (UTC +04:00)
Lavrov Blinkenə İstanbuldakı razılaşmaların təfərrüatları barədə məlumat verib

Bakı. Trend:

İyulun 29-da Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, xarici işlər nazirliklərinin rəhbərləri Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər. Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyətə ətraflı baxılıb.

Bildirilib ki, E.Blinkenə bu il iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış sənədlərin təfərrüatları barədə məlumat verilib.

Eyni zamanda tərəflər ABŞ və Rusiyada həbsdə olan Rusiya və Amerika vətəndaşlarının mübadiləsi imkanlarını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti