...

Makronun partiyası adını "Renessans" olaraq dəyişib

Dünya xəbərləri Materials 18 Sentyabr 2022 03:38 (UTC +04:00)
Makronun partiyası adını "Renessans" olaraq dəyişib

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) rəsmi olaraq adını "Renessans" olaraq dəyişib.

Trend-in məlumatına görə, bu barədə "Franceinfo" radiosu bildirib.

Məlumata əsasən, müvafiq qərar partiyanın şənbə günü keçirilən qurultayında qəbul edilib.

Adını dəyişdirməklə yanaşı, "Renessans" klassik üslubda bir partiyaya çevrilib, çünki "İrəli, Republika" partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti