...

Ankara və London arasında əməkdaşlıq müzakirə edilib

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 01:55 (UTC +04:00)
Ankara və London arasında əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə cümə günü Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətindən bildirilib.

Telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında siyasi və iqtisadi əlaqələrin vəziyyəti, müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq müzakirə edilib.

Həmsöhbətlər Rusiya-Ukrayna müharibəsi mövzusu, İsveç və Finlandiyanın NATO-ya qəbulu prosesi, eləcə də regional mövzulara toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti