...

Filippində "Nalci" qasırğası 156 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 6 Noyabr 2022 07:31 (UTC +04:00)
Filippində "Nalci" qasırğası 156 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Filippində "Nalci" tropik qasırğası nəticəsində ölənlərin sayı 156 nəfər çatıb.

Trend xəbər verir ki, bu barədə bazar günü ölkənin Risklər barədə Xəbərdarlıq və Təbbi Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şurasında bildirilib.

Məlumata əsasən, qasırğa ümumilikdə 4,62 milyondan artıq insan ziyan vurub.

Bildirilir ki, 1,02 milyon insan 954 təxliyyə mərkəzinə yerləşdirilib, 355,4 min insan əvvəlcədən təxliyyə olunub. Azı 141 nəfər təbii fəlakət nəticəsində xəsarət alıb.

Respublikanın 13 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla, təbii fəlakətlə bağlı 1,57 min hadisə qeydə alınıb.

Qasırğa 31,5 min evə ziyan vurub, 3,1 mindən çox ev dağılıb. 722 infrastruktur obyektinə dəyən ziyan 4,3 milyard peso (73,88 milyon dollar) dəyərində qiymətləndirilir. Təbii fəlakət nəticəsində 508 yol və 120 körpü zədələnib. 359 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin onların 256-sında artıq bərpa olunub, 38 bələdiyyədə rabitə, 8-də su təchizatında problemlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti