Bakı. Trend:
“Taxıl təşəbbüsü” çərçivəsində Ukrayna limanlarından ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, “taxıl dəhlizi”nin fəaliyyətə başladığı 2022-ci il avqustun 1-dən indiyədək Ukraynanın üç limanından 643 quru yük gəmisi yola düşüb.