...

Amerikalı alim 100 gün su altında qalaraq dünya rekorduna imza atıb

Dünya xəbərləri Materials 10 İyun 2023 06:44 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı alim Cozef Dituri 100 gün sualtı "Jules' Undersea Lodge" otelində qaldıqdan sonra yeni dünya rekorduna imza atıb.

Trend xəbər verir ki, Floridada yerləşən otel təxminən 6,7 metr dərinlikdə yerləşir və su altında olan yeganə ABŞ otelidir. Oteldəki otağın ölçüsü təxminən 9,2 kvadratmetrdir və oradakı atmosfer təzyiqi səthdəkindən 70% yüksəkdir.

“Dərin dəniz həkimi” kimi tanınan C.Dithuri daha əvvəl 74 gün su altında qalaraq rekorda imza atmışdı.

Onun məqsədi artan təzyiqin bədənə uzunmüddətli təsirlərini öyrənmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti