...

İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək - Hakan Fidan

Dünya xəbərləri Materials 28 İyul 2023 17:57 (UTC +04:00)
İƏT XİN rəhbərlərinin Quranın yandırılması ilə bağlı görüşü keçiriləcək - Hakan Fidan

Bakı. Trend:

İyulun 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qurani-Kərimin yandırılması ilə bağlı görüşü keçiriləcək.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.

Ötən həftə isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti