...

Ermənistanın hərbi həkimləri NATO təlimlərində iştirak edəcək

Dünya xəbərləri Materials 1 May 2024 17:47 (UTC +04:00)
Ermənistanın hərbi həkimləri NATO təlimlərində iştirak edəcək
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın hərbi həkimləri NATO-nun himayəsi altında Macarıstanda keçiriləcək təlimlərində iştirak edəcəklər.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Məlumat görə, aprelin 30-da başlayan təlimlərə 32 ölkənin və 7 mülki təşkilatın hərbi-tibbi bölmələri cəlb olunub. Təlimlər mayın 10-dək davam edəcək.

Qeyd olunub ki, Ermənistanın Müdafiə Nazirliyi təlimlərə hərbi səhra hospitalı göndərib. Macarıstanın Varpaluta poliqonunda yerləşən tibbi batalyon NATO-nun "Vigorous Warrior 2024" adlı təlimində iştirak edəcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti