...

Azərbaycan nadir yerlərdəndir ki, küçədə tam sərbəst gəzə bilirəm - Avropa Ravvin Konqresinin nümayəndəsi

Cəmiyyət Materials 1 May 2024 17:57 (UTC +04:00)
Azərbaycan nadir yerlərdəndir ki, küçədə tam sərbəst gəzə bilirəm - Avropa Ravvin Konqresinin nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz nə səhv etmişik ki, insanlar bizə belə nifrət edir? Əlbəttə, bu, asan sual deyil.

Trend xəbər verir ki, bunu Avropa Ravvin Konqresinin nümayəndəsi Ravvin Qedi Qroniç Mədəniyyətlərarası Dialoq Forumunda “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Azərbaycan dünyada çox nadir yerlərdəndir ki, mən bir yəhudi olaraq küçədə tam sərbəst gəzə bilirəm. Mən Bakıda Sinoqoqa gedirəm və mənə heç kəs mane olmur. Biz dinlərarası dialoqa inanırıq, biz bu dialoqun iştirakçısıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti