...

Hindistan bu Çin məhsullarını qadağan etdi

Dünya xəbərləri Materials 8 Avqust 2023 14:33 (UTC +04:00)
Hindistan bu Çin məhsullarını qadağan etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan təhlükəsizlik sistemində zəiflikdən ehtiyat etdiyi üçün hərbi pilotsuz uçuş aparatı (PUA) istehsalçılarına Çin detallarından istifadəni qadağan edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi müdafiə və sənaye müəssisələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

Tədbir Nyu-Dehlidə həyata keçirilən və pilotsuz uçuş aparatlarının daha geniş istifadəsini nəzərdə tutan modernizasiya fonunda görülüb.

Bildirilib ki, Hindistanın təhlükəsizlik xidmətinin rəhbərləri kəşfiyyat məlumatlarının Çindən gətirilən detallar, o cümlədən, kamera, radioötürücü sistemlər və dronların operativ proqram təminatı ilə riskə məruz qala biləcəyindən narahatdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Hindistanla dəniz kəşfiyyatı üzrə "MQ-9B SeaGuardian" pilotsuz uçuş aparatlarının tədarükü üzrə irimiqyaslı saziş imzalamaq istədiyi məlum olub. Bir neçə ilə reallaşdırılacağı gözlənilən sazişin məbləğinin 2-3 milyard dollara çata biləcəyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti