...

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2023 07:53 (UTC +04:00)
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Əfqanıstanın Herat və qonşu qərb əyalətlərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Herat rəsmiləri məlumat verib.

Herat əyalətinin Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin rəhbəri Maulavi Musa Ashari bildirib ki, ən çox Zinda Can bölgəsi zərər çəkib, 13 kənd tamamilə dağılıb.

Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin rəsmi nümayəndəsi Molla Canan Şeyxin sözlərinə görə, zəlzələ nəticəsində 9,2 mindən çox insan xəsarət alıb.

Qeyd edək ki, oktyabrın 7-də Əfqanıstanda 6,3 bal gücündə iki zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti