...

Türkiyədə antiterror əməliyyatı: 9 nəfər saxlanıldı, 2 şirkətdə araşdırma aparılır

Dünya xəbərləri Materials 15 Dekabr 2023 21:00 (UTC +04:00)
Türkiyədə antiterror əməliyyatı: 9 nəfər saxlanıldı, 2 şirkətdə araşdırma aparılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə əyalətin Jandarm Komandanlığı məlumat yayıb.

Məlumata görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul olan 2 şirkətin məlumatı üzə çıxıb.

Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) şübhəlilər və şirkət haqqında hazırladığı hesabatda təxminən 1 milyon 200 min lirəlik "şübhəli pul köçürməsi"nin həyata keçirildiyi müəyyən edilib. Eyni vaxtda keçirilən əməliyyat zamanı müxtəlif ünvanlardan 604 min 445 lirə ələ keçirilib, bir çox sənəd aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti