...

Ordubadda qaya uçqunu baş verdi (FOTO)

Cəmiyyət Materials 9 May 2024 15:15 (UTC +04:00)
Ordubadda qaya uçqunu baş verdi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Trend Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib.

Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti