...

Qəzza zolağındakı xəstəxanada daha bir kütləvi məzarlıq aşkarlanıb

Dünya xəbərləri Materials 9 May 2024 14:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağındakı Əl-Şifa xəstəxana kompleksi ərazisində Fələstinin tibbi briqadaları tərəfindən kütləvi məzarlıq aşkarlanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bəyanatı yayıb.

“Hökumət briqadaları indiyədək yeni cəsədlər çıxarırlar, eksqumasiya üzrə əməliyyatlar isə hələ sona çatmayıb. Biz onlarla insan meyiti aşkar edəcəyimizi gözləyirik”, - bəyanatda deyilir.

Məlumata görə, bu Qəzza xəstəxanasında aşkar edilən sayca yeddinci kütləvi məzarlıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti