...

Çexiyada matəm günü elan edildi

Dünya xəbərləri Materials 22 Dekabr 2023 03:40 (UTC +04:00)
Çexiyada matəm günü elan edildi

Bakı. Trend:

Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.

Trend xəbər verir ki, bu barədə respublikanın baş naziri Petr Fiala bildirib.

Qeyd edək ki, dünən Praqa şəhərindəki Karlov Universitetindəki atışma nəticəsində 15 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti