...

İsrailə 7 ayrı istiqamətdən hücum olunub - Müdafiə naziri

Dünya xəbərləri Materials 26 Dekabr 2023 17:27 (UTC +04:00)
İsrailə 7 ayrı istiqamətdən hücum olunub - Müdafiə naziri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında davam edən müharibə ərzində İsrailə yeddi ayrı istiqamətdən hücum olunub və İsrail ordusu onlardan altısını dəf edib.

Trend "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

İsrailin çox cəbhəli müharibədə döyüşdüyünü deyən Qallant, ölkəsinin Qəzza, Livan, Suriya (İordaniya çayının Qərb sahili), İraq, Yəmən və İran olmaqla yeddi istiqamətdən hücuma məruz qaldığını bildirib.

"Biz bunların altısına artıq cavab vermişik və burada aydın şəkildə deyirəm: bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kim toxunulmazlığa malik deyil", - Qallant Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin iclasında deyib.

İsrailli nazir həmçinin, Qəzzadakı müharibənin hədəflərinin əldə olunması üçün qətiyyət, güc və milli birliyin vacib olduğunu vurğulayıb.

"Bu, milli səviyyədə, dəyərlər, birlik baxımından daha güclü olanın sağ qaldığı döyüşdür", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti