...

Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü

Dünya xəbərləri Materials 27 Dekabr 2023 19:29 (UTC +04:00)
Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanda "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda Peloponnes yarımadasında yerləşən Kalamata aerodromu yaxınlığında baş verib. Yerə düşməzdən əvvəl təyyarədə partlayış olub.

Təlim təyyarəsinin pilotunun öldüyü təsdiqlənib. Bildirilib ki, ölən pilot eskadron rəhbəri 40 yaşlı Epaminondas Kostasdır.

Qeyd olunub ki, "Т-2 Buckeye" adıçəkilən aerodromda Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus yeganə təlim təyyarəsi olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti