...

Ağdamda ağır qəza - Ölən və yaralananlar var (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 1 May 2024 15:08 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü Zülfiyyə Zeynallı ölüb.

xxx

14:36

Ağdamda ölümlə nəticələnən ağır qəza olub.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı, 77 YD 327 dövlət nömrə nişanlı avtomobil "VAZ" markalı 02 BU 150 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə VAZ-da olan sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti