Bakı. Trend:
HƏMAS lideri İsmayıl Haniyənin bacısı, İsraildə saxlanılan Sabah əs-Salam Haniyə ev dustaqlığına buraxılıb.
Trend xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Məlumata görə, Sabah əs-Salam Haniyə 20 min şekel (5,3 min dollar) girov müqabilində ev dustaqlığına buraxılıb.
HƏMAS liderinin bacısına evinə qayıtmağa icazə verilib, lakin o telefon və kompüterdən istifadə edə bilməz. 57 yaşlı qadının sağlamlıq vəziyyətini nəzərə alan məhkəmə onun müalicə almasına icazə verib.
Qeyd edək ki, Sabah əs-Salam Haniyə aprelin 1-də HƏMAS ilə təmaslarda şübhəli bilinərək saxlanılıb.