...

Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə olunub (FOTO)

Energetika Materials 1 May 2024 16:16 (UTC +04:00)
Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə olunub (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat və energetika nazirləri Mikayıl Cabbarov və Pərviz Şahbazov Özbəkistan və Qazaxıstandan olan həmkarları ilə Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" platformasında paylaşım edib.

"Özbəkistana işgüzar səfərimiz çərçivəsində energetika naziri, həmkarım Pərviz Şahbazovla birlikdə Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə - Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsində iştirak etdik. Azərbaycan, Özbəkistan və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərlərinin Birgə Kommünikesindən irəli gələn məsələlərin icrası, region ölkələrinin enerji sistemlərinin inkişafının koordinasiyası və "yaşıl" enerji layihələri üzrə birgə fəaliyyətin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti